...

Britaniyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının sayı artıb

Dünya xəbərləri Materials 24 May 2022 06:48 (UTC +04:00)
Britaniyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının sayı artıb

Bakı. Trend:

Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə təsdiqlənmiş yoluxma hallarının sayı 56-ya yüksəlib.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Səhiyyə Sahəsində Təhlükəsizlik Agentliyinin saytında deyilir.

Məlumata əsasən, mayın 21-i üçün ölkədə 20 yoluxma halı qeydə alınmışdı. Son 2 gün ərzində daha 36 yoluxma halı aşkarlanıb.

Agentlik xəstəliyin daşıyıcıları ilə təmasda olan insanlara 21 gün ərzində özünü təcrid etməyi tövsiyə edib. Xəstəliyin daşıyıcıları ilə sıx təmasda olanlara, o cümlədən onları müalicə edən tibb işçilərinə su çiçəyi xəstəliyinə qarşı "Imvanex" peyvəndi ilə peyvənd olunmaq da təklif olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, su çiçəyi xəstəliyinə qarşı peyvənd meymunçiçəyi xəstəliyinə qarşı 85% effektivdir. Dhaha əvvəl peyvənd olunmuş insanlarda xəstəlik daha yüngül keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti