...

Kann Film Festivalının qalibi məlum olub

Dünya xəbərləri Materials 29 May 2022 01:26 (UTC +04:00)
Kann Film Festivalının qalibi məlum olub

Bakı. Trend:

75-ci Kann Film Festivalının əsas mükafatı olan “Qızıl Palma budağı”nın qalibi isveçli rejissor Ruben Estlundun “Kədər üçbucağı” filmi olub.

Trend-in məlumatına görə, ikinci əhəmiyyət baxımından mükafatı - festivalın Qran Prisini Lukas Dontun "Yaxın" filmi alıb.

Cənubi Koreyalı rejissor Banq Çanq Vuk “Getmək qərarı” filminə görə “Ən yaxşı rejissor” mükafatını qazanıb.

Festivalın 75 illiyi üçün xüsusi mükafat Darden qardaşlarının “Tori və Lokita” filminə verilib.

Qeyd edək ki, mayın 17-dən 28-dək 75-ci Beynəlxalq Kann Film Festivalı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti