...

Almaniya müdafiə fondu yaratmaq üçün konstitusiyaya dəyişiklik etmək niyyətindədir

Dünya xəbərləri Materials 30 May 2022 07:12 (UTC +04:00)
Almaniya müdafiə fondu yaratmaq üçün konstitusiyaya dəyişiklik etmək niyyətindədir

Bakı. Trend:

Almaniya kredit əsasında 100 milyard avroluq (107,35 milyard dollar) xüsusi müdafiə fondunun yaradılmasına icazə vermək üçün konstitusiyasına dəyişiklik edəcək.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq danışıqları FDP (Azad Demokrat Partiyası) lideri Kristian Lindner, SPD (Almaniya Sosial Demokrat Partiyası) təmsilçisi olan müdafiə naziri Kristin Lambrext, Yaşılların lideri Annalena Burbok və müxalifətdən olan vitse-prezident Matias Middelberq aparıb.

Bu vəsaitlərin bir neçə il ərzində Almaniyanın müdafiə büdcəsinin təxminən 50 milyard avro artırılmasına sərf ediləcəyi və ölkəyə NATO-nun hər il ÜDM-in 2%-ni müdafiəyə xərcləmək məqsədini yerinə yetirməyə imkan verəcəyi vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti