...

Almaniya Ukraynadan 800 min qaçqın qəbul edib

Dünya xəbərləri Materials 1 İyun 2022 03:42 (UTC +04:00)
Almaniya Ukraynadan 800 min qaçqın qəbul edib

Bakı. Trend:

Almaniya Ukraynadan 800 min qaçqın qəbul edib.

Trend xəbər verir ki, bu barədə Almaniyanın federal kansleri Olaf Şolts Brüsseldə Avropa İttifaqı Şurasının xüsusi iclasının yekunları üzrə bildirib.

"Biz yenə də humanitar yardımdan danışdıq. Bilirsiniz ki, hazırda Almaniyada Əcnəbilərin Mərkəzi Reyestrində 800 minə yaxın ukraynalı qeydiyyatdadır. Bu, ölkəmizin vətəndaşlarının və bir çox alman icmasının xaricdə və bu halda Almaniyada müdafiə axtaran və dəstəyimizə ehtiyacı olanlara kömək etməyə nə qədər töhvə verdiyini göstərir", - deyə O.Şolts bildirib.

Alman KİV-ləri bildirib ki, ölkənin məktəblərində artıq 123 min ukraynalı uşaq təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti