...

Şimali Koreyanın raket buraxılışları ABŞ və müttəfiqləri üçün təhlükə yaratmayıb - Pentaqon

Dünya xəbərləri Materials 5 İyun 2022 07:29 (UTC +04:00)
Şimali Koreyanın raket buraxılışları ABŞ və müttəfiqləri üçün təhlükə yaratmayıb - Pentaqon

Bakı. Trend:

Şimali Koreyanın ballistik raket buraxılışları ABŞ və müttəfiqləri üçün birbaşa təhlükə yaratmayıb, lakin Pxenyanın hərbi proqramının “sabitliyi pozan təsirinə” işarə edir.

Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının şənbə günü yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, qurum Şimali Koreyanın çoxsaylı ballistik raket buraxılışlarından xəbərdardır və müttəfiqlər, tərəfdaşlar ilə bununla bağlı sıx məsləhətləşmələr aparılar.

"Bizim qiymətləndirməmizə görə, bu raket buraxılışı hərbi personal, ABŞ ərazisi və müttəfiqlərimiz üçün təhlükə yaratmasa da, bu Şimali Koreyanın qeyri-qanuni silah proqramının sabitliyi pozan təsirini aşkar edir", - bəyanatda qeyd olunur.

Xatırladaq ki, Şimali Koreya bazar günü Yapon dənizi istiqamətində səkkiz ballistik raket buraxılışını həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti