...

Kolumbiyada prezident seçkilərinin nəticələri açıqlanıb

Dünya xəbərləri Materials 20 İyun 2022 03:11 (UTC +04:00)
Kolumbiyada prezident seçkilərinin nəticələri açıqlanıb

Bakı. Trend:

Kolumbiyada bazar günü keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, solçu "Tarixi Pakt" koalisiyasını təmsil edən senator Qustavo Petro prezident seçkilərində qələbə qazanıb.

Ölkənin hazırki prezidenti İvan Duke seçkilərdə qələbə qazanan Q. Petronu təbrik etdiyini bildirib.

"Mən Qustavo Petroya zəng edərək onu seçilmiş prezident kimi təbrik etdim. Hakimiyyətin sivil, institusional və şəffaf ötürülməsinə başlamaq üçün yaxın günlərdə görüşməyə razılaşdıq", - İ.Duke "Twitter" hesabında yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti