Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden G7 və NATO sammitlərində iştirak etmək üçün şənbə günü Avropaya səfərə yollanır.
Trend xəbər verir ki, bu səfərdə C.Baydenə ABŞ-ın dövlət katibi Entoni Blinken də qoşulacaq.
G-7 liderlərinin görüşü iyunun 26-28-də Almaniyanın cənubundakı Qarmiş-Partenkirxen (Bavariya federal torpağı) şəhəri yaxınlığındakı Elmau qəsrində, NATO sammiti isə iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək.
Hər iki tədbirin əsas mövzularından birinin Ukrayna ətrafındakı vəziyyət olacağı gözlənilir.