...

ABŞ ordusu son 50 ilin ən böyük əsgər çatışmazlığı ilə üzləşib

Dünya xəbərləri Materials 28 İyun 2022 02:11 (UTC +04:00)
ABŞ ordusu son 50 ilin ən böyük əsgər çatışmazlığı ilə üzləşib

Bakı. Trend:

ABŞ Ordusunda hərbi xidmətə yararsız şəxslərin saylarının artması fonunda könüllülərə ciddi ehtiyac yaranıb.

Trend xəbər verir ki, bu barədə "NBC News" yazır.

Yaranmış vəziyyət, təxminən 50 ildə ən böyük əsgər çatışmazlığına gətirib çıxarıb.

Qeyd olunur ki, sentyabrın 30-da başa çatacaq müqavilə əsasında hərbçilərin qəbulu üzrə ümumi illik plan iyun ayına cəmi 40 faiz yerinə yetirilib.

Bundan əlavə, Pentaqonun daxili araşdırması göstərib ki, hərbi xidmətə yararlı olanların yalnız 9%-i hərbi xidmətə getməyə hazırdır. Qeyd olunur ki, bu, 2007-ci ildən bəri rekord minimumdur.

Respondentlərin 57%-i xidmət başa çatdıqdan sonra emosional və psixoloji çətinliklərlə üzləşmək istəmədiklərini, respondentlərin yarısı isə mümkün fiziki xəsarətlərdən qorxduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti