...

Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb

Dünya xəbərləri Materials 1 İyul 2022 00:29 (UTC +04:00)
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb

Bakı. Trend:

Türkiyənin Muğla vilayətində yol qəzası baş verib.

Trend-in məlumatına görə, Köyceğiz rayonunda 29 rusiyalı turistin olduğu şərnişin avtobus ilə beton qarışdıran maşın toqquşub.

Məlumata əsasən, qəza yerli vaxtla saat 19.15 radələrində baş verib. Zərbənin təsiri nəticəsində rusiyalı turistləri daşıyan avtobus aşıb.

Qəza nəticəsində ölən və yaralanan yoxdur. Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti