...

Pakistanda sərnişin avtobusu qəzaya uğrayıb, çox sayda ölən var

Dünya xəbərləri Materials 3 İyul 2022 14:00 (UTC +04:00)
Pakistanda sərnişin avtobusu qəzaya uğrayıb, çox sayda ölən var

Bakı. Trend:

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Trend-in xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, hadisəyə səbəb sürücünün yüksək sürətlə hərəkətdə olduğu zaman idarəetməni itirməsi olub. Yaralılar yerli xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Qeyd edilir ki, qəza zamanı avtobusda 30 sərnişin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti