...

Avstraliyanın şərq sahillərində yük gəmisi qəzaya uğrayıb

Dünya xəbərləri Materials 4 İyul 2022 08:23 (UTC +04:00)

Bakı. Trend:

Avstraliyanın şərq sahillərində 21 heyət üzvü olan yük gəmisi qəzaya uğrayıb, xilasetmə işləri davam edir.

Trend-in məlumatına görə, bu barədə Avstraliyanın Yeni Cənubi Uels ştatının Baş naziri Dominik Perrott deyib.

Onun sözlərinə görə, Royal Milli Parkının sahillərində (Sidneydən 60 km cənubda yerləşir) idarəetməni itirmiş gəmi "çox təhlükəli vəziyyətdədir":

"Yeni Cənubi Uels hökuməti xilasetmə əməliyyatını mümkün qədər tez həyata keçirmək üçün federal qurumlarla fəal işləməyə davam edir".

Sahil mühafizəsi xidmətlərindən bildirilib ki, yük gəmisi hazırda sahildən təxminən 1 km aralıda lövbərdədir və xilasedicilər onu yedəyə alaraq dənizə çıxarmağa çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti