Bakı. Trend:
ABŞ-ın Haylend-Park şəhərində (İllinoys ştatı) Müstəqillik Günü münasibətilə keçirilən paradda atışma olub.
Trend xəbər verir ki, bu barədə şəhər administrasiyasının saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata əsasən, atışma nəticəsində 6 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.
"WGNTV" telekanalı bildirir ki, atəş açan şəxs paradın keçdiyi ərazidəki binalardan birinin damında olub. O, hadisədən sonra qaçıb və hələki polislər tərəfindən saxlanılmayıb.