...

"Twitter" İlon Maskı məhkəməyə verəcək

Dünya xəbərləri Materials 9 İyul 2022 04:58 (UTC +04:00)
"Twitter" İlon Maskı məhkəməyə verəcək

Bakı. Trend:

"Twitter" şirkəti (eyniadlı sosial şəbəkənin sahibi) "Tesla" və "Spacex" şirkətlərinin sahibi amerikalı biznesmen İlon Maskı məhkəməyə verəcək.

Trend xəbər verir ki, bunu şirkətin direktorlar şurasının sədri Bret Teylor deyib.

Onun sözlərinə görə, şirkət məhkəmə vasitəsilə "Twitter"in İlon Mask tərəfindən alınması üzrə müqavilənin şərtlərinin icrasına nail olmaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl İlon Mask "Twitter" şirkətini almaqdan imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti