...

Britaniyada aviabaza və hava limanı istilər səbəbindən uçuşları dayandırıb

Dünya xəbərləri Materials 18 İyul 2022 23:44 (UTC +04:00)
Britaniyada aviabaza və hava limanı istilər səbəbindən uçuşları dayandırıb

Bakı. Trend:

Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin ən böyük aviabazası olan Brayz-Norton və Londonun Luton hava limanı istilərin uçuş-enmə zolaqlarına təsiri ilə əlaqədar bazar ertəsi bütün uçuşları dayandırıb.

Trend-in məlumatına görə, Oksfordşir qraflığında (Cənub-Şərqi İngiltərə) yerləşən bazanın fəaliyyətinin dayandırılmasına səbəb “uçuş-enmə zolağının qismən əriməsi” olub.

Uçuş-enmə zolağının yapışqan olduğu şəraitdə istifadəsi təhlükəli hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti