...

Ərdoğan BMT-nin baş katibi Quterreşlə görüşüb

Dünya xəbərləri Materials 22 İyul 2022 23:43 (UTC +04:00)
Ərdoğan BMT-nin baş katibi Quterreşlə görüşüb

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş ilə görüşüb.

Trend-in məlumatına görə, görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair Sazişin imzalanmasından sonra baş tutub.

Görüşün təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti