Bakı. Trend:
Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində silah anbarında partlayış olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Qeyd olunur ki, partlayış silah-sursatın sayımı zamanı ehtiyatsızlıq səbəbi ilə baş verib.
Partlayışdan sonra anbarda yanğın başlasa da, onun qarşısının qısa müddətdə alındığı deyilir.