Bakı. Trend:
ABŞ polisi Minnesota ştatının Blumington şəhərindəki "Mall of America" ticarət mərkəzində naməlum şəxsin atəş açması ilə bağlı insidenti araşdırır.
Trend xəbər verir ki, polisin məlumatına görə, "çoxlu sayda hüquq-mühafizə orqanı əməkdaşı" hadisə yerindədir. Ticarət mərkəzinin "Twitter" səhifəsində "bircə hadisə baş verdi" qeyd edilib. Ticarət mərkəzinin binası giriş-çıxış üçün bağlandı.
Fox News, güllə səsi olduğu güman edilən görüntülərini yayımladı. Polis atışma faktını təsdiqləməyib. "Mall of America" qərb yarımkürəsində ən böyük ticarət mərkəzidir.