...

Rusiya Hindistana ən çox neft tədarük edən ölkələrdən ikincisi olub

Dünya xəbərləri Materials 7 Avqust 2022 02:48 (UTC +04:00)
Rusiya Hindistana ən çox neft tədarük edən ölkələrdən ikincisi olub

Bakı. Trend:

İyun ayında Rusiya Hindistana neft ixracına görə İraqdan sonra ikinci olub.

Trend xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb.

Nəşr qeyd edib ki, iyunda Rusiya Federasiyası Hindistan neftayırma zavodlarına Səudiyyə Ərəbistanından daha çox xam neft tədarük edib. Rusiya böyük dəyər endirimləri sayəsində idxalı artıra bildi.

Hindistan isə hazırda Moskvanın təklif etdiyi nefti böyük endirimlə və ən aşağı qiymətə almağa çalışır.

Səudiyyə Ərəbistanı Hindistana xammal tədarükünün azalmasını Avropa ölkələrinə neft ixracını artırmaqla kompensasiya etməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti