...

Bu yay Pakistanda daşqınlar nəticəsində 903 nəfər ölüb

Dünya xəbərləri Materials 25 Avqust 2022 08:34 (UTC +04:00)
Bu yay Pakistanda daşqınlar nəticəsində 903 nəfər ölüb

Bakı. Trend:

Bu yay Pakistanda daşqınlar nəticəsində 326 nəfəri uşaq olmaqla 903 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə "CNN" telekanalına Pakistanın İqlim Dəyişiklikləri Məsələləri üzrə Naziri Şerri Rehman bildirib.

Onun sözlərinə görə, minlərlə insan evsiz və yeməksiz qalıb. "Bu, böyük humanitar fəlakətdir", - deyə nazir əlavə edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 3000 km-ə yaxın yol və 129 körpü zədələnib, ciddi ziyan dəymiş ərazilərə giriş bağlanıb, 500 mindən çox mal-qara tələf olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti