...

Yaponiyada tayfuna görə 55 minə yaxın ev susuz qalıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 10:27 (UTC +04:00)
Yaponiyada tayfuna görə 55 minə yaxın ev susuz qalıb

Bakı. Trend:

Yaponiyanın Şizuoka prefekturasında 55 minə yaxın ev “Talas” tayfununun fəsadlarına görə ikinci gündür ki, su təchizatından məhrum qalmaqda davam edir.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.

Qeyd olunub ki, suburaxıcını ağac qırıntıları bağladığından evlər susuz qalıb. Bu bölgədə su təchizatının nə vaxt bərpa olunacağı hələlik məlum deyil. Xilasetmə xidmətlərinin məlumatına görə, leysan yağışları nəticəsində yaranan sel nəticəsində prefekturada 2500-ə yaxın ev qismən və ya tamamilə su altında qalıb.

Son məlumata görə, Yaponiyada "Talas" tayfununun təsiri nəticəsində azı 3 nəfər ölüb, daha bir nəfər itkin düşüb, 10-dan çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti