...

Makron dekabrın 1-də ABŞ-a səfər edəcək

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 02:31 (UTC +04:00)
Makron dekabrın 1-də ABŞ-a səfər edəcək

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden dekabrın 1-də ABŞ-a dövlət səfəri ilə gələcək fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Trend xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün brifinq zamanı deyib.

"Bildirimək istərdim ki, Prezident Co Bayden və birinci xanım Cill Bayden dekabrın 1-də ABŞ-a dövlət səfərinə gələcək Fransa Prezidenti Emmanuel Makronu və onun xanımı Bricit Makronu qəbul edəcəklər", - deyə mətbuat katibi bildirib.

C.Bayden və E.Makron "ümumi qlobal çağırışlar üzrə" qarşılıqlı fəaliyyət kursunu və hər iki ölkəni maraqlandıran sahələri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti