...

"Intel" şirkəti yeni nəsil prosessorlarını təqdim etdi

Dünya xəbərləri Materials 28 Sentyabr 2022 02:12 (UTC +04:00)

Bakı. Trend:

"Intel" şirkəti altı modelin daxil olduğu 13-cü nəsil "Raptor Lake" prosessorları seriyasını təqdim edib.

Trend-in məlumatına görə, bu barədə "The Verge" nəşri xəbər verib.

Qeyd olunub ki, güc baxımından yeni çiplər əvvəlki nəsil prosessorları çox axınlı rejimdə 41%, tək axınlı rejimdə isə 15% üstələyir.

Prosessorlar sırasına i9-13900K və i9-13900KF (5,8 GHz-ə qədər 24 nüvə), i7-13700K və i7-13700KF (5,4 GHz-ə qədər 16 nüvə), həmçinin i5-13600K və i5-13601KF (5,1 GHz-ə qədər 14 nüvə) modelləri daxil olub.

Bütün yeni modellər oktyabrın 20-də satışa çıxarılacaq və qiymətləri müvafiq olaraq 589, 564, 409, 384, 329 və 294 dollar olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti