...

Finlandiya rusiyalı turistlər üçün sərhədi bağlayır

Dünya xəbərləri Materials 29 Sentyabr 2022 15:00 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiya hökuməti Rusiya vətəndaşları üçün sərhədin bağlanacağını elan edib.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq müvafiq qərar qəbul edilib.

Qərar sentyabrın 30-dan etibarən qüvvəyə minəcək.

Qeyd olunur ki, qərara əsasən, Rusiya vətəndaşlarına Finlandiya tərəfindən verilmiş bütün turist vizaları, o cümlədən Şengen vizaları ləğv edilir. Rusiyalıların Finlandiya ərazisinə başqa ölkədən daxil ola bilməyəcəkləri bildirilib.

Finlandiya hökuməti Rusiya vətəndaşlarının yalnız iş və təhsil vizaları gələ biləcəyini və yaxın qohumlarına baş çəkə biləcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti