Bakı. Trend:
“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırıldı.
Trend xəbər verir ki, bu barədə Danimarka Enerji Agentliyinin Tviter səhifəsində yazılıb.
Açıqlamada deyilir: ““Şimal axını 2” boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya qədər uzanan boru kəmərində təzyiqin balanslaşdırılmış olduğu bildirilib. Bu, kəmərdə sızmanın dayandığını göstərir”.