...

Belçikada koronavirusun yeni dalğası başlayıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2022 13:14 (UTC +04:00)
Belçikada koronavirusun yeni dalğası başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Belçikada koronavirusa yoluxmaların yeni dalğası başlayıb.

Trend-in məlumatına görə, bunu Belçikanın İctimai Səhiyyə İnstitutu bildirib.

Qeyd olunur ki, yeni dalğa ötən həftə başlayıb. Belə ki, ötən həftə ərzində yoluxma sayı əvvəlki həftə ilə müqayisədə 26 faiz, xəstəxanaya yerləşdirmə halları 28 faiz artıb.

Mütəxəssislər yoluxma pikinin oktyabrın ortalarında qeydə alınacağını proqnozlaşdırır.

Ölkə ərazisində yoluxanların 92,3 faizində "Omicron BA.5" ştammı qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti