...

Hindistanda avtobusla yük maşını toqquşub, çox sayda ölən və yaralanan var

Dünya xəbərləri Materials 8 Oktyabr 2022 08:35 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Maharaşta ştatında sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Trend "NDTV" telekanalına istinadən xəbər verir ki, toqquşmadan sonra avtobus alışıb.

Hadisə nəticəsində azı 11 nəfər həlak olub, 38 nəfər isə xəsarət alıb.

Bütün xəsarət alanlar xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti