Bakı. Trend:
Filippin sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in bazar ertəsi verdiyi məlumata görə, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib
Məlumata əsasən, zəlzələnin episentri 1,77 milyondan çox əhalisi olan Davao şəhərindən (Cənubi Davao əyaləti) 15 km cənub-qərbdə yerləşib. Təkanların ocağı 250 kilometr dərinlikdə olub.
Mütəxəssislər ərazidə təkrar zəlzələlərin olacağını istisna etməyiblər. Sunami təhlükəsi yoxdur, xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.