...

Türkiyə təhlükəsizlik qüvvələri Suriyada 6 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 25 Oktyabr 2022 06:30 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə təhlükəsizlik qüvvələri Suriyanın şimalında 6 PKK/YPG terrorçunu zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zərərsizləşdirilən yaraqlılar Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı” və “Sülh mənbəyi” antiterror əməliyyatları zonasında silahlı döyüş əməliyyatı hazırlayırmış.

Bölgədə antiterror əməliyyatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti