...

Almaniyanın "Uniper" şirkəti 2022-ci ildə təxminən 5 milyard avro itirib

Dünya xəbərləri Materials 26 Oktyabr 2022 04:45 (UTC +04:00)
Almaniyanın "Uniper" şirkəti 2022-ci ildə təxminən 5 milyard avro itirib

Bakı. Trend:

Almaniyanın "Uniper" enerji şirkəti 2022-ci ilin ilk doqquz ayında demək olar ki, 5 milyard avro itirib.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı konsernin açıqlamasına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata əsasən, şirkətin faiz və vergilərin ödənməsindən əvvəl zərəri 4,8 milyard avro təşkil edib. Eyni zamanda, illik hesabata görə, ötən il "Uniper" 614 milyon avro mənfəət əldə edib.

Agentlik qeyd edir ki, Rusiya qazının tədarükünün azalması səbəbindən “Uniper” qazı baha qiymətə almaq məcburiyyətində qalıb və bu, şirkətin zərərə uğramasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti