...

Polşa ərazisinə düşən raket Rusiya istehsalıdır - XİN

Dünya xəbərləri Materials 16 Noyabr 2022 03:14 (UTC +04:00)

Bakı. Trend:

Polşa ərazisinə düşən raket Rusiya istehsalıdır.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü Polşanın Xarici İşlər Nazirliyindən bildiriblər.

"2022-ci il noyabrın 15-də bir neçə saat ərzində Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən Ukraynanın bütün ərazisi və onun mühüm infrastruktur obyektlərinin kütləvi şəkildə atəşə tutulması müşahidə olunub. Saat 15:40-da (Bakı vaxtı ilə 18:40) Rusiya istehsalı olan raket Pşevoduv kəndi ərazisinə düşüb, iki Polşa vətəndaşı həlak olub", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, bu insidentlə bağlı Polşanın xarici işlər naziri Zbiqnev Rau Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb və dərhal ətraflı izahat tələb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti