...

Suriyadan Türkiyə ərazisinə daha üç raket atılıb

Dünya xəbərləri Materials 21 Noyabr 2022 17:21 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin cənubundakı Kilis vilayətinin Öncüpınar qəsəbəsinə Suriya ərazisindən 3 raket atılıb.

Trend bu barədə bu gün Türkiyə KİV-lərinə istinadən məlumat verir.

İnsident nəticəsində insan itkisi qeydə alınmayıb.

Qeyd edək ki, ötən gün də bu bölgəyə raket zərbəsi endirilmiş, 8 nəfər yaralanmışdı.

Bu gün isə Qazinatepin Karkamış şəhərinə 5 raket atılıb, nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti