...

ÜST meymunçiçəyinə yeni ad təqdim edib

Dünya xəbərləri Materials 28 Noyabr 2022 17:01 (UTC +04:00)
ÜST meymunçiçəyinə yeni ad təqdim edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Meymunçiçəyi xəstəliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi sənədlərində "mpoks" adlandırılacaq.

Trend-in məlumatına görə, bu barədə bu gün ÜST-ün Cenevrədəki mənzil-qərargahı bildirib.

Qeyd olunur ki, bu adla yanaşı, növbəti bir il ərzində meymunçiçəyi adı da bərabər formada işlənəcək. Daha sonra "mpoks" adı tam şəkildə qüvvəyə minəcək. Bu ad xəstəliyin ingiliscə "monkeypox" adının qısaldılmış variantıdır.

Bu günədək dünyanın 110 ölkəsində 80 mindən çox şəxs meymunçiçəyinə yoluxub, 53 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti