...

Diplomatiya Ukraynada vəziyyətin nizamlanmasını yaxınlaşdıra bilər - Çavuşoğlu

Dünya xəbərləri Materials 2 Dekabr 2022 03:39 (UTC +04:00)
Diplomatiya Ukraynada vəziyyətin nizamlanmasını yaxınlaşdıra bilər - Çavuşoğlu

Bakı. Trend:

Dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmət prinsipləri BMT-nin fəaliyyətinin əsasını təşkil edir və ATƏT-in əsas prinsiplərindən biridir.

Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Polşanın Lodz şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu il ATƏT-in diplomatik departamentləri rəhbərlərinin görüşü Ukraynadakı müharibə nəticəsində yaranmış fövqəladə hallar fonunda keçirilir.

"Diplomatiyaya şans verilsə, vəziyyətin danışıqlar yolu ilə nizamlanması mümkündür. Bu həyati platformanın sarsıdılması heç bir tərəfin xeyrinə olmayacaq. Türkiyə ATƏT-in işini fəal şəkildə dəstəkləməkdə davam edəcək, çünki bizim başqa belə hərtərəfli platformamız yoxdur", - deyə M.Çavuşoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti