Bakı. Trend:
İndoneziyanın Yava adası sahillərində 5,8 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, təbii fəlakətin episentri 298 min nəfərədək sakini olan Cember şəhərindən 268 kilometr məsafədə olub. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.