Bakı. Trend:
Çərşənbə günü səhər saatlarında İndoneziyanın Bandunq şəhərində polis idarəsinə terror hücumu olub.
Trend xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Hadisə nəticəsində azı üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Məlumata görə, polis idarəsinin daxilində partlayışı kamikadze törədib. Hadisə yerində təcili xidmətlər briqadası işləyir.