...

Peru parlamenti prezidentin istefasına səs verib

Dünya xəbərləri Materials 7 Dekabr 2022 23:59 (UTC +04:00)
Peru parlamenti prezidentin istefasına səs verib

Bakı. Trend:

Peru parlamenti daha əvvəl qanunverici orqanın buraxıldığını və komendant saatı tətbiq edildiyini elan edən prezident Pedro Kastilyonun istefaya göndərilməsinə səs verib.

Trend-in məlumatına görə, təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb.

Bildirilib ki, saat 15:00-da birinci vitse-prezident Dina Boluartenin respublika prezidenti vəzifəsinə təyin olunması üçün andiçmə mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti