...

Məşhur müğənninin oğlu ölü tapıldı

Dünya xəbərləri Materials 10 Dekabr 2022 09:20 (UTC +04:00)
Məşhur müğənninin oğlu ölü tapıldı

Bakı. Trend:

Məşhur amerikalı müğənni Tina Törnerin oğlu, 62 yaşlı Ronald San-Fernandodakı evində ölü tapılıb.

Trend xəbər verir ki, bu barədə onun həyat yoldaşı Afida TMZ nəşrinə bildirib. Son illər xərçəngin ağır formasından əziyyət çəkən Ronaldın ölümünün dəqiq səbəbi hələ müəyyən edilməyib.

Qeyd edək ki, 4 il əvvəl Tina Törnerin böyük oğlu Kreyq 59 yaşında intihar edib.

Tina Törnerin övladlığa götürdüyü daha iki oğlu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti