Bakı. Trend:
Slovakiya parlamenti baş nazir Eduard Heqerin koalisiya hökumətinə etimad göstərməyib, ölkədə növbədənkənar seçkilər keçirilə bilər.
Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi xəbər verib.
Məlumata əsasən, 150 deputatdan 78-i tələb olunan minimum 76 səslə Heqer hökumətinə etimadsızlıq ifadə edib. Artıq bir neçə partiya vaxtından əvvəl seçkilərə üstünlük verəcəyini bildirib.
Bu qərar parlamentin üçdə iki səs çoxluğunu tələb edəcək.
Ölkə prezindeti Zuzana Çaputova indi yeni baş nazir təyin etməli olacaq. O, Heqer hökumətindən yeni seçkilər keçirilənə qədər məhdud səlahiyyətlərlə vəzifədə qalmasını istəyə bilər.