...

Macarıstan Avropa Parlamentinin buraxılmasını istəyir

Dünya xəbərləri Materials 22 Dekabr 2022 18:20 (UTC +04:00)

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban korrupsiya qalmaqalına görə Avropa Parlamentinin buraxılmalı olduğunu deyib.

Trend xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb: “Əgər biz ictimai etimadı bərpa etmək istəyiriksə, Avropa Parlamentini ləğv etməyin vaxtı çatıb”.

Onun sözlərinə görə, Avropa Parlamentinin antikorrupsiya zəmanətləri uğursuzluqla nəticələnib.

Orban həll yolu kimi “milli deputatlardan” ibarət yeni Avropa Parlamentinin yaradılmasını təklif edib.

Xatırladaq ki, dekabrın 11-də məlum olub ki, Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçisi Eva Kayli və daha 3 nəfər Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı korrupsiya faktı ilə bağlı ittiham olunaraq həbs ediliblər. Avropa Parlamentinin sədri Roberta Metsola daha əvvəl demişdi ki, AP Eva Kaylinin həbsindən sonra daxili araşdırmalar aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti