...

Türkiyədə avtobus qəzaya uğrayıb, 5 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Yanvar 2023 08:13 (UTC +04:00)
Türkiyədə avtobus qəzaya uğrayıb, 5 nəfər ölüb

Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Trend-in məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus aşıb. Hadisə yerli vaxtla saat 03:00 radələrində Diyarbəkir-Salavan yolunda baş verib.

Qəza nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.

Avtobus sürücüsü saxlanılıb. Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti