...

Həcc ziyarəti ilə bağlı COVID-19 məhdudiyyətləri aradan qaldırılacaq

Dünya xəbərləri Materials 10 Yanvar 2023 00:39 (UTC +04:00)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı hakimiyyəti 2023-cü ildə Həcc ziyarətinin təşkili zamanı COVID-19 ilə əlaqədar tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracaq.

Trend xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi elan edib.

“Həcc ziyarətinə gedənlərin sayı koronavirusdan əvvəlki səviyyəyə qayıdacaq və heç bir yaş məhdudiyyəti olmayacaq", - nazirliyin rəhbəri Tofiq əl-Rabia nazirliyin tviter hesabında bildirib.

Qeyd edək ki, keçən il Səudiyyə Ərəbistanında bir milyon zəvvar müqəddəs Məkkə və Mədinəyə Həcc ziyarətində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti