Bakı. Trend:
Banqkokdan Moskvaya uçan “Boeing 777” təyyarəsi Özbəkistanın Səmərqənd şəhərinə məcburi eniş edib.
Trend xəbər verir ki, təyyarənin məcburi enməsinə səbəb qadın sərnişlərdən birində vaxtından əvvəl doğuş sancılarının baş verməsidir.
Ekipaj heyəti marşrut boyunca ən yaxın hava limanına enmək barədə qərar qəbul edib.
Eniş etdikdən sonra doğum sancısı keçirən qadın xəstəxanaya yerləşdirilib.