Bakı. Trend:
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev ürəyindən əməliyyat olunub.
Trend-in məlumatına görə, bu barədə onun mətbuat katibi xəbər verir.
Qeyd edilib ki, 83 yaşlı N.Nazarbayevin əməliyyatı uğurlu keçib, heç bir həyati təhlükə yoxdur.
N.Nazarbayev 1990-cı ildə Qazaxıstan Respublikasının Ali Soveti tərəfindən Qazaxıstan Respublikasının Prezidenti seçilib. 19 mart 2019-cu ildə Qazaxıstan vəzifəsindən istefa edib.