...

Blinken Çinə səfəri zamanı Si Cinpin ilə görüşəcək

Dünya xəbərləri Materials 3 Fevral 2023 08:36 (UTC +04:00)
Blinken Çinə səfəri zamanı Si Cinpin ilə görüşəcək

Bakı. Trend:

ABŞ dövlət katibi Etoni Blinken Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən "Financial Times" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, E.Blinken son beş ildə Çin prezidenti ilə görüşən ilk ABŞ dövlət katibi olacaq.

Qəzet qeyd edir ki, Dövlət Departamenti bu xəbərləri şərh etməkdən imtina edib. Çinin Vaşinqtondakı səfirliyi sorğuya cavab verməyib.

Bildirilir ki, E.Blinken səfər çərçivəsində həmçinin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Vanq Yİ və Çinin xarici işlər naziri Tsin Qanla da görüşlər keçirəcək.

Xatırladaq ki, daha əvvəl "Politico" qəzeti mənbələrə istinadən E.Blinkenin Pekinə səfərinin 5-6 fevral tarixlərində baş tutacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti