...

Türkiyə prezidenti zəlzələ ilə bağlı işlərə birbaşa rəhbərlik edəcək

Dünya xəbərləri Materials 6 Fevral 2023 12:29 (UTC +04:00)
Türkiyə prezidenti zəlzələ ilə bağlı işlərə birbaşa rəhbərlik edəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident Rəcəb Tayyib Ərdoğan episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,4 bal gücündə zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün AFAD (Təbii fəlakətlərin və fövqəladə halların idarə edilməsi qurumu) rəhbərliyinə keçəcək.

Trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edilib ki, Türkiyə Prezidenti AFAD Koordinasiya Mərkəzində ilkin qiymətləndirmələrdən sonra mətbuata açıqlama verəcək.

Xatırladaq ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri keçib. 2323 nəfər yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti