...

ABŞ-ın Nyu-York ştatında son 40 ilin ən güclü zəlzələsi qeydə alınıb

Dünya xəbərləri Materials 7 Fevral 2023 05:04 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Nyu-York ştatının şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib.

Trend-in məlumatına görə, bu barədə "NBC" televiziya kanalı xəbər verib.

Seysmoloqların məlumatına görə, Eri dairəsində 3,8 bal gücündə zəlzələ qeydə alınıb, yeraltı təkanların episentri Uest-Seneka şəhərindən 2 km şərqdə olub. Zəlzələnin ocağı 3 km dərinlikdə yerləşib. Zəlzələnin Niaqara şəlaləsi ərazisində hiss olunduğu qeyd edilib.

Mümkün dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti