...

Çinli xilasedicilər Türkiyəyə gəlib

Dünya xəbərləri Materials 8 Fevral 2023 07:02 (UTC +04:00)
Çinli xilasedicilər Türkiyəyə gəlib

Bakı. Trend:

Çinin 82 nəfərdən ibarət xilasetmə qrupu çərşənbə günü yerli vaxtla səhər saat 4:30-da "Air China" aviaşirkətinə məxsus təyyarə ilə 8000 km-dən çox yol qət edərək Adana hava limanına gəlib.

Trend xəbər verir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 894 nəfər həlak olub, 34 810 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti