Bakı. Trend:
Fevralın 13-də səhər saatlarında Petropavlovsk (Qazaxıstan) şəhərinin 4 nömrəli məktəbində şagirdlərə hücum olub. 9-cu sinif şagirdi təhsil müəssisəsinə mətbəx baltası və bıçaq gətirib.
Trend "Kazinform"a istinadən xəbər verir ki, bu barədə Təhsil İdarəsinin rəhbəri Nazir Jaşibekov bildirib.
Onun sözlərinə görə, hadisə saat 08:00 radələrində baş verib. Məktəbli iki onuncu və bir doqquzuncu sinif şagirdini yaralayıb. Baş və qol nahiyəsindən kəsici-deşici xəsarətlər alan iki uşaq rayon xəstəxanasına yerləşdirilib. Üçüncü uşağa isə yerində yardım edilib.
Hücum edən şagirdin polislər tərəfindən saxlanıldığı bildirilir.