...

Blinken Almaniyada G7 nazirlərinin görüşündə iştirak edəcək

Dünya xəbərləri Materials 16 Fevral 2023 06:06 (UTC +04:00)
Blinken Almaniyada G7 nazirlərinin görüşündə iştirak edəcək

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken Almaniyada G7 ölkələrinin nazirlər görüşündə, eləcə də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər görüşlərdə iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə E.Blinkenin Avropa və Avrasiya işləri üzrə köməkçisi Kares Donfrid deyib.

"Fevralın 16-da o Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedəcək və burada bir sıra ikitərəfli və çoxtərəfli görüşlərdə iştirak edəcək", - deyə K.Donfrid bildirib.

O əlavə edib ki, Almaniyada ABŞ diplomatiyasının rəhbəri "G7-nin görüşündə iştirak edəcək və yəqin ki, Ukraynadakı vəziyyətə böyük diqqət ayıracaq".

Dövlət katibinin köməkçisi E.Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib-edilməyəcəyinə aydınlıq gətirməkdən imtina edib.

Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Almaniya, Türkiyə və Yunanıstana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti