Bakı. Trend:
Bu gün səhər Tacikistanda baş verən zəlzələdən sonra 4 baldan yuxarı beş afterşok qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Tacikistan Milli Elmlər Akademiyasının Geologiya, Seysmik davamlı Tikinti və Seysmologiya İnstitutu xəbər verib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, 6,8 maqnitudalı zəlzələ bu gün saat 05:37-də Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vənc rayonu ərazisində baş verib, zəlzələ ocağı 20 km dərinlikdə yerləşib.